Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib
Avqustun 19-da Aşura günü ilə əlaqədar olaraq Mərkəzi Qan Bankında qanvermə aksiyasına başlanılıb.
YeniAvropa xəbər verir ki, qanvermə aksiyası Mərkəzi Qan Bankının Bakı şəhəri də daxil olmaqla, respublika üzrə 8 bölməsində təşkil edilib.
Məlumata əsasən, vətəndaşlar avqustun 19-da saat 09:00-dan başlayaraq Mərkəzi Qan Bankının müvafiq bölmələrinə yaxınlaşaraq, könüllü qanvermə aksiyasında iştirak edə bilərlər. Qanvermə aksiyası Məhərrəm ayı boyu davam edəcək.
Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib ki, hazırda Qan Bankında kifayət qədər qan ehtiyatı var: “Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, qan daimi ehtiyacdır, qanı əvəz edən heç bir preparat yoxdur. Hər il olduğu kimi, bu il də vətəndaşları humanist ənənəni davam etdirərək Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki bölmələrində qan verməyə çağırırıq. Respublikada 1500-dən çox talassemiyalı xəstəyə hər 2-3 həftədə bir dəfə qan köçürülür. Bundan başqa, qan müxtəlif əməliyyatlarda, avtoqəzalar nəticəsində yaralanma baş verdikdə təcili ehtiyac duyulan təbii preparatdır. Qanın mənbəyi isə yalnız insandır. Vətəndaşların qanvermə aksiyasına marağını alqışlayıram, çünki yeni başlamasına baxmayaraq, qan donoru olmaq üçün kifayət qədər müraciətlər var”.
Müəssisədə COVID-19 pandemiyası ilə əlaqədar mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü diqqətə çatdıran Q.Ələkbərova əlavə edib: “18-65 yaş arası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər. Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların isə sağalandan 28 gün sora qan vermələri mümkündür. Həmçinin bilmək lazımdır ki, COVID-19 qanla deyil, hava-damcı yolu ilə yoluxan virus infeksiyasıdır”.
Qeyd edək ki, Mərkəzi Qan Bankının respublika üzrə Bakı, Şirvan, Lənkəran, Quba, Sumqayıt, Şəki, Mingəçevir, Bərdə və Gəncə bölmələri fəaliyyət göstərir.
Xatırladaq ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 19-na təsadüf edir.
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib