logo

Bu gün ehtiyata buraxılan generallar haqda maraqlı MƏLUMATLAR 

20:18 18-08-2021 | icon 1981
Bu gün ehtiyata buraxılan generallar haqda maraqlı MƏLUMATLAR 

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin(DSX) aparatında Azərbaycan Sərhəd Müha­fizə­si­nin 102-ci ildönümü münasibətilə mərasim keçirilib.

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin Silahlı Qüvvələrin ehtiya­tına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşıblar.

YeniAvropa xəbər verir ki, general-leytenant Azad Ələkbərov  2012-ci ildə isə DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 2013-cü ildə general-mayor rütbəsində Azad Ələkbərov Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib.

2015-ci ilin avqust ayının 17-də ölkə başçısının sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib. Prezident onu bir sıra orden və medalları ilə təltif edib. 2013-cü ildə “Hərbi xidmətlərə görə”, 2020-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Azad Ələkbrov Füzulinin Böyük Bəhmənli kəndindəndir. Atası Qaçay Ələkbərov uzun illər polis orqanlarında yüksək vəzifələrdə xidmət edib.

General-leytenant İsmayıl Əkbərov isə 2013-cü ildən DSX rəisinin müavini – Maddi Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2016-cı il avqustun 16-da ölkə başçısının sərəncamı ilə İsmayıl Bayram oğlu Əkbərova general-leytenant ali hərbi rütbəsi verilib. Ölkə başçısının sərəncamları ilə 2004-cü ildə “Hərbi xidmətlərə görə” medalı ilə,  2019-cu ildə  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2020-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif olunub.