logo

Zaqatalada zəlzələ qeydə alınıb

16:30 18-08-2021 | icon 1883
Zaqatalada zəlzələ qeydə alınıb

Avqustun 18-də Zaqatala seysmoloji stansiyasından 15 kilometr cənub-qərbdə, Zaqatala rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:37-də qeydə alınıb.

Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 2.8-ə bərabər olub. Yeraltı təkanlar bəzi sakinlər tərəfindən hiss olunub.