logo

Azyaşlı uşaqlara zor tətbiq edən ögey anaya cinayət işi açılıb

10:30 18-08-2021 | icon 1841
Azyaşlı uşaqlara zor tətbiq edən ögey anaya cinayət işi açılıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağstafa şəhərində iki azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Gəncə şəhər sakini Həsənova Zəminə Valeh qızının nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə Mehralıyeva Səadət Həmid qızının müxtəlif vaxtlarda 2013-cü və 2014-cü il təvəllüdlü ögey övladlarına mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.