Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 18 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyənləşdirib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.