Avqustun 16-da dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxslər nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Qızılqum" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində xilas ediliblər.