logo

İcra başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərov ömür həbs edildi

16:11 16-08-2021 | icon 5614
İcra başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərov ömür həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

YeniAvropa xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

Yunis Səfərov məhkəmədə son söz deyib. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmadığını bildirib: "Özümü yalnız sabiq icra başçısı Elmar Vəliyevi vurmaqda təsirli bilirəm".

Məhkəmə müşavirədən qayıdandan sonra hökm elan edilib. Hökmə əsasən Səfərova ömürlük həbs cəzası verilib.

Qeyd edək ki, prokuror Yunis Səfərova ömürlük, Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizova 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov Vüqar Məmmədov və Ceyhun Salahova 19 il, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il həbs cəzası verilməsini istəyib.