Keçmiş deputatın oğlu məhkəməyə verildi - Qanunsuz tikili qalmaqalı
"Ultel” MMC keçmiş deputat Fərhad Qəribovun oğlunu məhkəməyə verib.
YeniAvropa xəbər verir ki,şirkətin Qəribov Zöhrab Fərhad oğluna qarşı iddiası qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. İş artıq apellyasiya mərhələsindədir. 3 noyabr 2021-ci il tarixə hakim Akif İsgəndərovun sədrliyi ilə baxış iclası təyin edilib.
Zöhrab Qəribovun hansı qanunsuz tikiliyə sahib olması barədə bilgi verilmir.
Qeyd edək ki, Fərhad Qəribov Milli Məclisin 3-çü çağırış deputatı olub. O, həmçinin biznesmen kimi tanınıb. Fərhad Qəribov ləğv olunmuş "Debüt Bank”ın, Bakıdakı məşhur "Şəki” restoranının sahibi olub. Yeri gəlmişkən, 2017-ci ildə Mərkəzi Bank "Şəki” restoranının hərraca çıxarılaraq satılması barədə məhkəməyə müraciət etmişdi. Bu məsələdə əsas fiqurant Zöhrab Qəribov olub.
Bəzi məlumatlara görə, bu qalmaqaldan sonra "Şəki” restoranı Fərhad Qəribovun əlindən çıxıb. İndi "Ultel” MMC-nin iddiası əsasında keçmiş deputat daha bir obyektini itirə bilər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ultel" MMC 13 noyabr 2011-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 035 530 ABŞ dolları olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səfərov Rizvan Ziyanur oğludur.
"Ultel” MMC-nin veb-səhifəsindəki məlumata görə, Rizvan Səfərov həm də şirkətin baş direktorudur.
Rizvan Səfərovun özünə gəlincə, o, 1996-2011-ci illərdə "AzEuroTel” MMC-də baş direktorun müavini - texniki direktor vəzifəsində, 2011-2020 illərdə "Azərtelekom” MMC və "Azərkonnekt" MMC-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən isə "Ultel” MMC-nin baş direktorudur.
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib