logo

131 toyda 4 nəfər cərimələnib,80 nəfər məclisə buraxılmayıb-Dünən

13:33 14-08-2021 | icon 1974
131 toyda 4 nəfər cərimələnib,80 nəfər məclisə buraxılmayıb-Dünən

Avqustun 13-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublikanın digər ərazilərində 131 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, monitorinqlər 129 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Habelə 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Bundan başqa, 1 nəfər barəsində material baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə 80 nəfər toy şənliklərinə buraxılmayıb.