logo

Bilasuvarda ana iki yaşlı oğlu ilə su kanalına atılıb intihar etdi,amma ...

12:15 14-08-2021 | icon 1953
Bilasuvarda ana iki yaşlı oğlu ilə su kanalına atılıb intihar etdi,amma ...

Avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini 2020-ci il təvəllüdlü Zakir Hacıyevin (ad şərtidir) meyitinin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyevanın (ad şərtidir) həmin gün saat 07 radələrində intihar etmək məqsədilə özünü və oğlunu rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına atdığı, nəticədə Zakir Hacıyevin  suda boğularaq öldüyü müəyyən edilib. Reyhan Hacıyeva isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Reyhan Hacıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam etdirilir.