logo

Balakəndə toy keçirilən şadlıq sarayının sahibinə cinayət işi açılıb

11:54 14-08-2021 | icon 1953
Balakəndə toy keçirilən şadlıq sarayının sahibinə cinayət işi açılıb

Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şəhər ərazisindəki “Grand Palace” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki, yoxlama zamanı şadlıq sarayında keçirilən mərasimdə 150-dən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Karantin qaydalarını pozmaqla infeksiyanın yayılmasına şərait yaradan obyektin sahibi Şamil Qebeyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.

Bir müddət əvvəl də həmin şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimi qaydaları pozulduğu üçün Ş.Qebeyev inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdi.