logo

İmişli rayonunda zəlzələ olub

17:57 13-08-2021 | icon 2170
İmişli rayonunda zəlzələ olub

Avqustun 13-də Saatlı seysmoloji stansiyasından 15 kilometr şimalda - İmişli rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:28-də qeydə alınıb.

Ocağı 52 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.