logo

Qubada tikintidə fəhlənin ölməsi ilə bağlı cinayət işi başlanıb

15:05 13-08-2021 | icon 1701
Qubada tikintidə fəhlənin ölməsi ilə bağlı cinayət işi başlanıb

Avqustun 12-si saat 17 radələrində Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Quba rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, ilkin araşdırmalarla Elman Abbasovun fəhlə işlədiyi Quba şəhərində yerləşən “Şaving İnşaat” MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan xeyir-şər evinin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.