Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərinə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar xəbərdarlıq edib.
BŞİH-nin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, son günlər ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşların xəstəlikdən qorunması və infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.
Bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Ümumşəhər Dezinfeksiya Həftəsi elan edilib və tədbirlər çərçivəsində avqustun 14-də səhər saatlarından etibarən şəhərin mərkəzində və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Maddələrin müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd edilən tarixdə küçəyə çıxmamaları xahiş olunur.