Gəncə şəhərində qardaş bacısına bıçaqla xəsarət yetirib.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb.
Belə ki, Çəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Əzizova Ayişə Şehrəddin qızı qardaşı tərəfindən bıçaqlanıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.