Paytaxtın Qaradağ rayonunda karantin rejimi qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən daha bir kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, rayon polis idarəsinin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən “Pub-110” adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyini müəyyənləşdiriblər.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Toplanan material rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.