Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə edilən toz dumanı transsərhəd xarakter daşıyır.
Hazırda havada tozun miqdarı normadan 3,9 dəfə çoxdur.
Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.