logo

“Toyota Land Cruiser”i əmioğlunun üzərinə sürüb öldürdü

10:32 12-08-2021 | icon 1855
“Toyota Land Cruiser”i əmioğlunun üzərinə sürüb öldürdü

İmişli rayon sakini İsa Vəliyevin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cari il fevralın 25-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İmişli rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, istintaqla həmin gün zərərçəkmişin əmisi oğlu Ceyhun Vəliyevin rayonun Aranlı kəndi ərazisində yerləşən ərzaq mağazasının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar İsa Vəliyevi döyərək ona qarşı qərəzli xuliqanlıq hərəkətləri etdiyi, daha sonra kəndin örüş otlaq sahəsində “Toyota Land Cruiser” markalı avtomobilini onun üzərinə sürərək qəsdən öldürməyə cəhd göstərdiyi müəyyən olunub.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ceyhun Vəliyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.