Xətai rayonu, Vunqtau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məlumat verib.
Onun sözlərinə görə, hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Xidmət rəsmisi bildirib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.