logo

Sinoptiklərdən xəbərdarlıq: Bakıda temperatur 42°-yə yüksələcək

14:49 11-08-2021 | icon 6468
Sinoptiklərdən xəbərdarlıq: Bakıda temperatur 42°-yə yüksələcək

Sinoptiklər ölkə ərazisində havanın maksimal temperaturunun yüksələcəyinə dair xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, xəbərdarlığa əsasən, avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42° isti, respublikanın rayonlarında 35-40°, Naxçıvan Muxtar Respublikasının və Aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.