Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən il noyabrın 10-dan – Vətən müharibəsinin başa çatmasından bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşərək həlak olan və yaralanan mülki şəxslərin sayını açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin dövrdə mülki şəxslərdən 23 nəfər həlak olub.
Bundan başqa, minaya düşmələri nəticəsində 36 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.