logo

Eldəniz Səlimov apellyasiya şikayətini geri götürdü

14:24 10-08-2021 | icon 6440
Eldəniz Səlimov apellyasiya şikayətini geri götürdü

Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimovun apellyasiya şikayəti geri götürülüb. 

YeniAvropa xəbər verir ki, bu barədə onun vəkili İlqar Əliyev məlumat verib. Vəkilin sözlərinə görə, apellyasiya şikayətini avqustun 10-da E.Səlimovun öz xahişi ilə geri götürüb.

Qeyd edək ki, bu gün hazırda həbsdə olan deputat Eldəniz Səlimovun apellyasiya şikayəti verməsi barədə xəbər yayılıb. Şikayət ərizəsində deputat barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 

Milli Məclisin 3 avqustda keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.