logo

Vilayət Eyvazov təqaüdə göndərdiyi polis rəisini yenidən işə aldı

19:20 09-08-2021 | icon 1981
Vilayət Eyvazov təqaüdə göndərdiyi polis rəisini yenidən işə aldı

2015-ci ildə xidməti otağında əməliyyat müvəkkilini döyən, ötən il yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric edilən polis bölməsi rəisi Rafael Albabayev yenidən Daxili İşlər Nazirliyi sistemində işə başlayıb.

YeniAvropa xəbər verir ki, polis polkovnik-leytenantı Rafael Albabayev bu günlərdə  daxili işlər orqanlarında xidmətə yenidən bərpa edilib.

Hazırda R.Albabayev Yasamal rayon Polis İdarəsində baş təhqiqatçı kimi xidmətə başladığı bildirilir.

Qeyd edək ki, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi olan Rafael Albabayev 2020-ci ildə xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə işdən çıxarılıb və təqaüdə göndərilib.