Suraxanıda icra başçısı şəhidə və anasına hörmətsizlik etdi...
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yenə qalmaqallı hərəkəti ilə gündəmə gəlib. Bu dəfə Əziz Əzizov şəhid Samir Əliyevin doğum günündə şəhidin özünə və anasına qarşı hörmətsizlik edib.
YeniAvropa xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, 21 yaşında şəhid olan Samir Əliyevin doğum günü günü münasibətilə rayonda tədbir təşkil edilib. İcra başçısı tərəfindən hazırladılan tortun üzərində şəhidin fotosu əks olunub. Həmin tortun kəsilməsi üçün bıçaq şəhidin anasına verilib, icra başçısı Əziz Əzizov isə təbbəsümlə arxadan seyr edib. Şəhidin anasının üzündəki narahatlıq da gözdən qaçmayıb.