Havanı çirkləndirən müəssisələr cəzalandırılıb
Atmosfer havasının keyfiyyətinə nəzarət tədbirləri çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində təkrar monitorinqlər keçirilib.
Xidmət rəisi Hikmət Əlizadə YeniAvropa-ya bildirilib ki, bir neçə gündür Sumqayıtda aparılan monitorinqlər zamanı bəzi müəssisələrdə gündüz saatlarında havaya atılan tullantıların norma daxilində olmasına baxmayaraq, gecə saatlarında havaya normadan artıq tullantı atıldığına şübhə yarandığı üçün ötən gün gecə saatlarında həmin müəssisələrin ətrafında yenidən monitorinq aparılıb və “AzMet” QSC-nin qaz-toz tutucu qurğusunda nasazlıq yarandığından təmizləyici filtrlərin işləmədiyi, havaya normadan artıq tüstünün atıldığı məlum olub: “Faktla bağlı akt və protokol tərtib edilib, müəssisənin direktoru Murad İbrahimov vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib”.
Xidmət rəsmisi onu da qeyd edib ki, Sumqayıtla yanaşı, Quba və Gəncə regionlarında yerləşən müəssisələrdə də havanın tərkibi yoxlanılıb: “Monitorinqlər zamanı Gəncə şəhərində gecə saatlarında havada xoşagəlməz tüstü və qoxu müşayiət edilib. Aparılan araşdırma zamanı Gəncə məişət tullantıları poliqonunda tullantıların istidən öz-özünə alışdığı və nəticədə havaya normadan artıq tüstünün atıldığı məlum olub. Belə halların təkrarlanmaması üçün poliqon rəhbərliyinə məcburi göstəriş verilib.
Quba rayonunda isə Dəvədabanı yaşayış massivində məişət tullantılarının yandırıldığı, nəticədə ətrafa tüstü və qoxunun yayıldığı aşkarlanıb. Faktla bağlı “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinə akt və protokol tərtib edilib, hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər Quba Rayon Məhkəməsinə göndərilib”.
H.Əlizadə monitorinqlərin bütün regionlarda davam etdiyini bildirib və ətraf mühiti, havanı çirkləndirən subyektlərə bir daha xəbərdarlıq edib: “İstehsalat müəssisələrinin sahiblərinin və ətraf mühitə zərərli təsir göstərən digər təsərrüfat subyektlərinin nəzərinə çatdırırıq ki, fəaliyyətlərini qanuna uyğun həyata keçirsinlər, ətraf mühitin çirkləndirilməsinə şərait yaratmasınlar”.
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb