Avqustun 9-da Azərbaycanda zəlzələ olub.
YeniAvropa xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 04:48-də Qala stansiyasından 31 km cənub-qərbdə, Xəzər dənizində qeydə alınıb.
Ocağı 63 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,6-ya bərabər olub.