Bakı şəhəri, Maqsud Əlizadə küçəsi, 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə ETSN-nin Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məlumat verib.
O qeyd edib ki, həmin ünvanda yaşayış binasının tikintisi zamanı ağacların “Azenteroil” MMC tərəfindən məhv edildiyi məlum olub: “Faktla bağlı MMC barəsində akt və protokol tərtib edilib, şirkətin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Nərimanov rayon Məhkəməsinə göndərilib”.
Xatırladaq ki, ötən gün xidmət rəsmisi Maqsud Əlizadə küçəsi, 17 ünvanında ağacların qanunsuz götürüldüyünü, torpaq mülkiyyətçisinin və təqsirkarların tapılması üçün araşdırmaların davam etdiyini bildirmişdi.