logo

Müştərilərə qəlyan təklif edən istirahət mərkəzinin rəhbəri həbs edildi

16:56 06-08-2021 | icon 2177
Müştərilərə qəlyan təklif edən istirahət mərkəzinin rəhbəri həbs edildi

Qaradağ rayonunun Sahil qəsəbəsində dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, müştərilərə qəlyan təklif edən obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı Sahil qəsəbəsində yerləşən "Nur" istirahət mərkəzində karantin rejimi qaydalarına zidd olaraq qəlyan təklif edildiyi müəyyənləşdirilib. Həmin obyektin sahibi Hüseyn Mənsimov qaydaları pozduğu üçün polis əməkdaşları tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs olunub.

Obyektdə qəlyandan istifadə edən 2 müştəri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat məbləğində cərimələnib.

Qaradağ rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunması nəzarət məqsədilə profilaktik tədbirlər davam etdirilir.