logo

Xətai rayonunda 5 ağacı kəsən şirkət cəzalandırılıb

16:06 06-08-2021 | icon 2107
Xətai rayonunda 5 ağacı kəsən şirkət cəzalandırılıb

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, 189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə xidmət rəsmisi Vaqif Cavadov məlumat verib. Bildirib ki, əraziyə keçirilən baxış zamanı “Real-Park” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərazidə aparılan tikinti işləri zamanı beş ağacın kəsildiyi və təbiətə 5280 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.

Bildirilib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.