QHT qanunvericiliyində dəyişikliklərlə bağlı müzakirələr aparılıb
Avqustun 5-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə agentliyin Müşahidə Şurasının iclasının reqlament sənədinin layihəsi və QHT qanunvericiliyində müvafiq dəyişikliklərlə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.
İclasın reqlament layihəsi üzrə çıxış edən Şura üzvləri sənəddə əksini tapan ümumi müddəalar, iclasın işinin təşkili qaydası, onların hüquqları, vəzifələri və səlahiyyətləri, müvafiq sənədlərin hazırlanması, müzakirəsi, qəbulu, Müşahidə Şurasında sənədlərin ilkin və yekun müzakirəsi qaydaları, həmçinin bir sıra digər maddələr ətrafından fikir mübadiləsi aparıblar. Müzakirələrin yekununda bütün təkliflər nəzərə alınmaqla sənədin yekun variantının hazırlanaraq növbəti iclasa təqdim edilməsi qərara alınıb.
Sonra QHT qanunvericiliyində dəyişikliklərlə bağlı Müşahidə Şurası üzvlərinin hazırladıqları təkliflər ətrafında müzakirələr aparılıb. Səsləndirilən təkliflər arasında qrantlarla maliyyələşən layihələrin qeydiyyatının sadələşdirilməsi, QHT-lərin qeydiyyata alınması prosedurunun təkmilləşdirilməsi və bununla bağlı digər sənədləşmələrin asanlaşdırılması yer alırdı.
Müzakirələrin sonunda qərara alınıb ki, agentlik adından bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər qısa zamanda ümumiləşdirilsin və müvafiq qurumlara təqdim edilsin.
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb