logo

ANAMA-nın əməkdaşının Ağdamda  minaya düşdü

09:53 06-08-2021 | icon 7392
ANAMA-nın əməkdaşının Ağdamda  minaya düşdü

Avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı, 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Ağdam rayon Prokurorluğunun yaydığı məlumatında bildirilib.

Qeyd edilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.