logo

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşdi

19:59 05-08-2021 | icon 7322
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşdi

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib.

YeniAvropa xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat yayıb.

Təbriz Gülalıyev atasının qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyətinin pisləşdiyini qeyd edib:

“Atam Oktay Gülalıyevin qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib.

Bu gün səhər erkən saatlarda qastrostomiya borusu boşluqdan çıxdığı üçün saat 08.30-a yaxın Topçubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər. Onu da qeyd edim ki, daha öncədən TƏBİB-in dəstəyilə həmin xəstəxanada qastrostomiya borusunun bərpası olmuşdur.

Günün ikinci yarısında həkimin razılığı ilə evə gətirildikdən sonra qastrostomiya borusu ilə yemək verildikdə titrəməyə başlayıb və temperaturu 40-42 dərəcəyə qədər yüksəlib. Təcili olaraq KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik xəstəxanasına gətirilib və həkimlər vəziyyətinin kritik olmasının səbəbini beyinlə əlaqələndirir.

Hal hazırda vəziyyətinin normallaşması və KT olunması üçün reanimasiyaya alınacaq.

Atamla bağlı durumlar TƏBiB-in nəzarəti altındadır”.