Abid Şərifovun şirkəti Moldovada milyonlarla avro cərimə ödəyəcək
Azərbaycanın baş nazirinin sabiq müavini Abid Şərifovun ailəsinə məxsus olan “Evrascon” tikinti şirkəti Moldovada yenidən qalmaqalın mərkəzindədir.
YeniAvropa xəbər verir ki, şirkət Kişnyov-Unqena-Skulyana avtomobil yolunun 6 ildir tikib başa çatdıra bilmədiyi 17,6 kilometrlik hissəsinə görə milyonlarla avro cərimə ödəməlidir. Şirkət yol tikintisinə 2016-cı ildə başlasa da indiyədək işlərin cəmi 85 faizini yerinə yetirib.
Moldova KİV-ləri xəbər verir ki, ölkənin dövlət avtomobil yolları Administrasiyası yenidən “Evrascon” nümayəndələri ilə görüşüblər. Və işlərin gedişindən narazılığı çatdırıblar.
“Dövlət avtomobil yolları Administrasiyası 2016-cı ildə yekunlaşmalı olan işlərin ləngiməsinə görə narahatlığını çatdırıb. Şirkət nümayəndəsi isə bildirib ki, bu ay, yəni avqust ayında Azərbaycandakı ana şirkətdən yaranmış vəziyyətdən çıxmaq üçün maliyyə dəstəyi alacaq”,-administrasiyanın məlumatında deyilir.
“Evrascon” şirkətinin Moldovada həyata keçirməyi üzərinə götürdüyü daha bir layihədə-Kornşet, Romanovka, Pırlitsa yaşayış məntəqələrini birləşdirən yolun çəkilişində də işlər ləngiyir. Bu layihə üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 15 milyon avro kredit ayrılmışdı.
Bundan əvvəl Moldovanın dövlət avtomobil yolları Administrasiyası bildirmişdi ki, podratçı şirkət ləngiməyə görə hər müqavilə üçün ümumi məbləğin 10 faizi həcmində, yəni təxminən 3.8 milyon avro cərimə ödəməlidir.
Administrasiya bu il Xınçeşti-Lepşuna-M1 avtomobil yolunun tikintisi üçün “Evrascon” şirkəti ilə bağladığı müqaviləni işlərin ləngiməsi səbəbindən pozub. Bu layihənin dəyəri 18.8 milyon avro idi. Şirkət işləri ləngitdiyi üçün bu layihəyə görə də 1.9 milyon cərimə ödəməli olacaq. /virtualaz.org
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Cəbrayıla daha 30 ailə köçürülüb
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb