Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 54 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.