logo

Generalın 3 aylıq həbs edilən polkovnik bacıoğlusu azadlığa buraxılıb?

12:34 02-08-2021 | icon 1596
Generalın 3 aylıq həbs edilən polkovnik bacıoğlusu azadlığa buraxılıb?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin keçmiş rəisi, rüşvət almaqda şübhəli bilinərək İyul ayının 23-də həbs olunan polkovnik Vüsal Babayev azadlığa çıxıb.

YeniAvropa xəbər verir ki, Vüsal Babayev ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bundan əvvəl məhkəmə keçmiş idarə rəisi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi.

V.Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur./Unikal.org