logo

Ağsudakı "Orelay" şirniyyat sexində fəhlə dəzgahın içinə düşüb öldü

10:33 02-08-2021 | icon 1652
Ağsudakı "Orelay" şirniyyat sexində fəhlə dəzgahın içinə düşüb öldü

İyulun 31-i saat 09 radələrində Ağdaş rayonu ərazisində şirniyyat istehsalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Ağdaş rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib  bildirilib ki, aparılmış araşdırmalarla Ülvi Sadıqovun fəhlə işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.