Sabahdan paytaxtdakı uşaq bağçalarına elektron qəbul başlayır
Avqustun 2-si saat 9:00-dan etibarən “bakibagcayaqebul.edu.az” saytı aktivləşdiriləcək və ilkin olaraq sayt vasitəsilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbulu həyata keçiriləcək.
Bakı şəhər İcra Hakimiyyətindən YeniAvropa-ya verilən məlumata görə, ölkə başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdırılıb. Artıq valideynlər evdən çıxmayaraq, innovativ əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.
Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər həyata keçirilib. Bağçalara uşaq qəbulunun elektron qaydada həyata keçirilməsi üçün “bakibagcayaqebul.edu.az” saytı yaradılıb və istifadəçiləri maraqlandıran bütün suallar, o cümlədən qeydiyyatdan keçmə qaydası, məlumatların daxil edilməsi, uşaqların müəssisələrə qəbulu ilə bağlı sualların cavabları bu saytda yerləşdirilib. Saytın istifadəyə verilməsi üçün sınaq testləri keçirilib və avqustun 2-dən saat 9:00 dan etibarən sayt fəaliyyətə başlayacaq.
Valıdeynlər sayta daxil olaraq müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək, boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək.
İlk gündən etibarən proses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli, qarşıya çıxan sualların cavablandırılması, mübahisəli məqamların aydınlaşdırılması ilə bağlı iş günləri saat 9:00-dan 18:00-dək “*22-24” nömrəli qaynar xətt fəaliyyət göstərəcək və onun fəaliyyəti üçün elektron xidmət qrupu yaradılıb.
Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlarda da elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcək.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib