logo

Türkiyədəki yanğınlarla əlaqədar azərbaycanlılar üçün “qaynar xətt” yaradılıb

20:49 31-07-2021 | icon 1771
Türkiyədəki yanğınlarla əlaqədar azərbaycanlılar üçün “qaynar xətt” yaradılıb

Türkiyənin Antalya, Adana, Muğla, Mersin, Osmaniyə və digər yaşayış məntəqələrində baş verən meşə yanğınlarının həmvətənlərimizə mənfi təsirinin azaldılması ilə əlaqədar, Diasporla İş üzrə Dövlət Komitəsində, o cümlədən müvafiq bölgələrdəki diaspor təşkilatlarında mövcud böhran vəziyyəti ilə əlaqədar 24 saat fəaliyyət göstərən “qaynar xətt” yaradılıb.

Dövlət Komitədən YeniAvropa-ya bildirilib ki, hazırda, Türkiyə ərazisində olan və böhran bölgələrində baş verən hadisələrdən zərərçəkmiş Azərbaycan Respublikasının vətəndaşları və ya onlar barədə məlumatı olanlardan, eləcə də bu ağır günlərdə öz dəstəyini göstərmək istəyən şəxslərdən Komitənin və diaspor təşkilatlarının “qaynar xətt” telefon nömrələrinə zəng etmələri xahiş olunur.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

“Qaynar xətt”: +994 50 607 98 36

Diaspor təşkilatları

Ankara

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nəzdində Azərbaycan Evi

Mob.: +90 552 613 28 28, +90 506 570 84 70

Ankara

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi

Mob.: +90 532 594 44 77

Adana

Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyi

Mob.: +90 532 241 32 22

Antalya

“Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi

Mob.: +90 507 547 84 09, +90 533 711 92 71

Antalya

Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi

Mob.: +90 551 181 63 11

Kocaəli

Kocaəli Dərincə Azərbaycan Evi Dərnəyi

Mob.: +90 505 750 83 13

Əskişəhər

Əskişəhər Azərbaycanlılar Dərnəyi

Mob.: +90 507 780 50 80

Hatay

Hatay Azərbaycan Evi

Mob.: +90 553 007 42 73