logo

"Eurovision-2019" mahnı müsabiqəsi Qüdsdə keçiriləcək

22:38 13-05-2018 | icon 5201
"Eurovision-2019" mahnı müsabiqəsi Qüdsdə keçiriləcək

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsi yekunlaşıb.

YeniAvropa xəbər verir  ki, mahnı müsabiqəsinin  builki qalibi İsrail təmsilçisi Netta olub.

O, “Toy” (Oyuncaq) mahnısını ifa edərək həm münsiflərdən, həm də ki tamaşaçılardan toplam 529 xal qazanıb.

II yeri 436 xalla Kipr tutub, müsabiqənin üçüncüsü isə Avstriya təmsilçisi olub – 346 xal.

Bu arada İsrailin baş nazir Binyamin Netanyahu bildirib ki, növbəti ildə Eurovision Qüdsdə (Yerusəlim) keçiriləcək. Bu haqda o, özünün "Twitter" səhifəsində yazıb.

"Sən İsrailə böyük şöhrət gətirdin! Gələn il Qüdsdəyik!", -deyə Netanyahu qeyd edib.