logo

Azərbaycanlı bloqerin Tbilisi hotellində meyiti tapıldı

23:15 30-07-2021 | icon 1988
Azərbaycanlı bloqerin Tbilisi hotellində meyiti tapıldı

Azərbaycan vətəndaşı Gürcüstanda mehmanxanada ölü tapılıb.

YeniAvropa xəbər verir ki, bu haqda Gürcüstan KİV-ləri xəbərlər yayır.  “Imedi” telekanalı bildirir ki, bloqer Hüseyn Bakıxanov Tbilisi şəhərində hotellərdən birində ölü halda aşkarlanıb. 

Gürcüstanın Daxili İşlər Nazirliyi faktı özünəqəsd həddinə çatdırma kimi araşdırır. Hotelin hüquqşünası Kahi Çeretelinin sözlərinə görə, məsələ ilə bağlı bütün şahidlər dindirilib. Həmçinin, hotel videomaterialları araşdırma üçün təqdim edib.

Sosial şəbəkələrin Azərbaycan seqmentində dostlarının H. Bakıxanovdan bir neçə gün xəbər ala bilmədikləri, bundan sonra onun Tbilisidəki evində ölü tapıldığı bildirilirdi. H.Bakıxanovun bir neçə gün əvvəl Tbilisidə bir qrup azərbaycanlı tərəfindən döyüldüyü də məlumdur. Bu döyülmə hadisəsinin motivi məlum deyil. Bloqer döyülmədən sonra xəstəxanaya müraciət edib, amma onda ciddi xəsarətlər aşkarlanmadığı üçün evə buraxılıb.