Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev məlumat verib.
Onun sözlərinə görə araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib. “Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimələnib. Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”, -deyə Fərid Piriyev bildirib.