İyulun 30-u səhər saatlarında Xaçmaz rayon sakini Könul Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
YeniAvropa xəbər verir ki, bu barədə Xaçmaz rayon Prokurorluğundan bildirlib. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Mübariz Mirzəbəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürdüyü müəyyən olunub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq davam edir.