Tərtərdə qəbiristanlıqdan "QAZel"lə oğurluq etdilər...
Tərtər rayonunun Ələsgərli kəndində qəbiristanlıqdakı məzarların ətrafında quraşdırılan məhəccərlərin alüminiumdan olan bəzək əşyalarını oğurlayan iki nəfər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində “iş başında” saxlanılıblar.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, araşdırmalarla onların rayon sakinləri Səxavət Axundlu və Kənan Tağızadə olduqları müəyyən edilib.
Hər iki şəxs dindirilərkən törətdikləri oğurluq əməlini etiraf ediblər. Onlar qanunsuz yolla əldə etdikləri əşyaları “QAZ-32213” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşmaq istədiklərini bildiriblər.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırmalar aparılır.