Bakıda mənzildə 71 yaşlı kişinin meyiti aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Mənzildə aşkarlanan 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.