logo

Azərbaycanda sərxoş deputat polisə hücum etdi

16:21 29-07-2021 | icon 1841
Azərbaycanda sərxoş deputat polisə hücum etdi

Sosial şəbəkələrdə Milli Məclisdə Xaçmaz rayonundan olan deputat Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

YeniAvropa xəbər verir ki, hadisə ötən gün Nabranda qeydə alınıb.

Məlumatda bildirilib ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkərək ona xəsarət yetirib.

Hazırda polis əməkdaşı işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş ediblər./Bakupost.az