logo

“Tokio 2020”:Azərbaycan badmintonçusu da mübarizəni dayandırdı

16:18 28-07-2021 | icon 2198
“Tokio 2020”:Azərbaycan badmintonçusu da mübarizəni dayandırdı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

YeniAvropa xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında yeganə təmsilçimiz “L” qrupunda ikinci görüşündə danimarkalı Anders Antonsenlə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, E.R.Dviçayo birinci görüşdə vyetnamlı Tien Minh Nguyeni 2:0 hesabı ilə məğlub edib. Həmçinin danimarkalı A.Antonsendə ilk görüşündə T.M.Nguyeni 2:0 hesabı ilə üstələyib.

Turnirin reqlamentinə əsasən, 14 qrupda ilk sırada yer alacaq badmintonçular və iki ən yaxşı ikinci pillənin sahibi səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.