logo

Şəhidin bank kartından pul oğurlayan şəxs tutulub

15:05 28-07-2021 | icon 1841
Şəhidin bank kartından pul oğurlayan şəxs tutulub

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova bu il fevralın 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat məbləğində pulun çıxarılaraq oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.