Hazırda Azərbaycanda 127 min əcnəbi yaşayır.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, son 6 ayda ölkəyə 12813 şəxs daxil olub.
"Ən çox əcnəbi gələn ölkələr sırasında ilk üçlükdə Rusiya, Gürcüstan və Türkiyə yer alır. Hazırda ölkədə yaşayan 127 min əcnəbi var. Bu şəxslər Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrdəndir",- deyə Vüsal Hüseynov bildirib.
Xidmət rəisi qeyd edib ki, hesabat dövründə qanunsuz miqrantların saxlama mərkəzlərində 49 nəfər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azdır.