Bakı Dövlət Universitetinin rektor müşavirinin bıçaqlanmasının səbəbi məlum olub.
YeniAvropa xəbər verir ki, verilən məlumata görə, müşavir Mirzə Mirzəyevi bıçaqlayan İsmixan Mirzəyev universitetdə suvaqçı-rəngsaz ştatında çalışıb.
Ötən gün prektorun müşaviri onu öz kabinetinə çağırıb və artıq işdən çıxarıldığını bildirib. Bundan əsəbiləşən İ.Mirzəyev müşavir stolunun üstündəki meyvə bıçağını götürərək onu bıçaqlayıb.
Bu zaman səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan Mirzəyev onu da bıçaqlayıb.
Hazırda müşavir Mirzə Mirzəyev xəstəxanada müalicə olunur. İsmixan Mirzəyev isə tutularaq istintaqa cəlb edilib.
O, Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham edilir.