logo

Sabah Bakıda arabir yağış yağacaq, 30° isti olacaq

13:33 28-07-2021 | icon 1834
Sabah Bakıda arabir yağış yağacaq, 30° isti olacaq

Azərbaycanda iyulun 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24°, gündüz 27-30° isti, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində isə Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 29-da Abşeron yarımadasında meteoroloji amillərin gün ərzində mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 27-32° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı ehtimal edilir.